SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyanın ən yaxşı smartfonlarının siyahısı açıqlandı

Dünyanın ən yaxşı smartfonlarının siyahısı açıqlandı
20-02-2019, 21:00

“Business Insider” dərgisi son zamanlarda istehsal olunan dünyanın ən yaxşı smartfonlarının siyahısını təqdim edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, siyahıya 20 ağıllı telefon daxil olunub.

İlk sırada Çin istehsalı “OnePlus 6T” qərarlaşıb. Mütəxəssislər bu telefonun müasir dizayn, çəkim keyfiyyəti, Android sistemindəki tətbiqlərinin yüksək keyfiyyətdə işləməsi və güclü batareyasına diqqət çəkib. “OnePlus 6T” həm də münasib qiyməti ilə bənzər xüsusiyyətləri olan rəqiblərindən fərqlənir.

Siyahının ikinci sırasında Amerika istehsalı “iPhone XR” yer alıb. Ekran ölçüsü, ön panel dizaynı və maliyyəsi baxımından fərqlilik göstərən “Google Pixel 3” və “Pixel 3 XL” isə üçüncü yeri paylaşıb.

“Samsung”un bir neçə modeli eyni anda siyahıya daxil olmağı bacarıb. Bunlar arasında “Galaxy S9” və onun genişləndirilmiş ekran versiyası olan “Galaxy Note 9”, “Galaxy S9 Plus” da var. Daha əvvəl bazara çıxarılan “Galaxy S8” və “Galaxy S8 Plus” da siyahıya daxil olub.

“Apple” isə siyahıda bir neçə əvvəlki modeli ilə təmsil olunub: “iPhone 7 Plus”, “iPhone 8” və “iPhone 8 plus” siyahını hazırlayan mütəxəssislərin diqqətini çəkib. Bundan başqa “HTC U12 +” və “Huawei Mate 20 Pro” ən yaxşılar siyahısında yerini alıb.

Siyahıda tək “qwerty” klaviaturalı telefon “BlackBerry Key2” olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930