SON DƏQİQƏ

naxcivanxeberleri.com

Planşet satışlarında 9,6% azalma qeydə alınıb

Planşet satışlarında 9,6% azalma qeydə alınıb
3-06-2020, 07:38

Satışlarda 9,6% azalma qeydə alınıb. 
 
Avropa, Orta Şərq və Afrika ölkələrində bu ilin birinci rübündə cəmi 8,8 milyon tablet satışa çıxarılıb. Bu göstərici illik satışla müqayisə 9,6% azdır.
 
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu haqda IDC analitikləri məlumat yayıb.
 
Məlumata görə, ümumilikdə istehsal tələbatı tam şəkildə ödəmir. Eyni zamanda, IDC mütəxəssislərinin fikrincə, planşetlər distant təhsil və iş üçün prioritet cihaz hesab olunmur. Bu amil də istehsala müəyyən mənada təsir göstərir. 
 
Planşet satışı üzrə regional lider Samsung şirkətidir. Şirkət planşet satışını 2.212 milyon cihazadək artıraraq bazar payını 22,7%-dən 24,5%-ə yüksəldib.
 
İkinci yeri Apple şirkəti tutur. Apple planşetlərinin satışları il ərzində 2.314 milyon ədədə qədər azaldıb. Lakin satışların azalmasına baxmayaraq, kompaniyanın bazar payı bir qədər də artaraq 23,7%-dən 23,8%-ə çatıb. 
 
Üçüncü yerdə Huawei şirkəti qərarlaşıb. Onun il ərzində bazar payı 11,7%-dən 12,3%-ə yüksəlib. Dördüncü pillədə gələn Lenovo-nun isə illik bazar payı 6,6%-dən 7,5%-ə qalxıb. İlk beşliyi bağlayan Microsoftun payı il ərzində 3,0%-dən 4,0%-dək çoxalıb.
 
Analitiklərə görə, bölgənin iqtisadiyyatındakı durğunluq planşet satışlarına ilin ikinci yarısında da mənfi təsirini davam etdirəcəkdir. Lakin gələn il sözügedən bazarda 3% artım proqnozlaşdırılır.
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031