SON DƏQQƏ

naxcivanxeberleri.com

Google bu reklamlara QADAĞA qoyacaq

Google bu reklamlara QADAĞA qoyacaq
16-05-2020, 04:27

Google avqust ayından kompüter resurslarını istifadə edən, xəbərsiz açılan videolardan ibarət reklamları bloklayacaq.


NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu günə qədər istifadəçilər reklamları bloklayan proqramlardan istifadə etsələr də, bu, internet portallarının gəlirlərinə təsirsiz ötüşməyib. 


Google rəsmiləri açıqlamalarında bloklanma zamanı resurslardan çox istifadə edən reklamlara üstünlük veriləcəyini bildiriblər. Bu qərar kiriptovalyuta saxtakarlığı edən, yanlış proqramlaşdırılmış reklamları da əhatə edəcək. 


Amma əsas hədəf kimi aşağıdakı üç xüsusiyyətə sahib reklamlar nəzərdə tutulub:


- 4MB şəbəkə məlumatı istifadə edən;


- 30 saniyəsinin yarısını prosessordan istifadəyə ayıran;


- Ümumilikdə 60 saniyə prosessordan istifadə edən reklamlar.


Hesablamalara görə, hər 300 reklamdan biri bu kriteriyalara aiddir. Buna görə də rəsmilər bloklanan reklamların sayının çox olmayacağını bildiriblər. 


Qərarın verilməsində əsas məqsəd istifadəçiləri narahat edən reklamların Google-dən qaldırılmasıdır.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930