SON DƏQQƏ

naxcivanxeberleri.com

Feysbukdan Zoom-a rəqib gəldi

Feysbukdan Zoom-a rəqib gəldi
15-05-2020, 05:21

Sosial media nəhəngi Feysbuk Zoom tətbiqinə rəqib təqdim edib. 


NAXCİVANXEBERLERİ.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Facebook Messenger Rooms adlanan proqram hələlik bütün dünyada aktivləşdirililməyib. Qlobal təqdimatın gələn həftə reallaşdırılacağı deyilir. 


Sözügedən tətbiq vasitəsilə eyni anda 50 nəfər videosöhbət apara bilər. 


Videoqrupa qatılmaq üçün Feysbuk hesabının olması şərt deyil. 


Zoom-dan daha yaxşı və asan görünən tətbiqdə canlı artırılmış reallıq effektləri də yer alıb. 


Qrupu təşkil edən istifadəçinin idarəetmə səlahiyyəti də olur. Bundan başqa, Feysbuk qruplarında açılan kanallara bütün qrup üzvləri görüntülü şəkildə qatıla bilirlər. 


Verilən açıqlamada nəzərə çatdırılıb ki, ki bu xüsusiyyət yaxın günlərdə İnstaqram və Votsapda da tətbiq olunacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930