SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu ilin birinci rübündə istehsal olunan 5G smartfonlarının sayı açıqlanıb

Bu ilin birinci rübündə istehsal olunan 5G smartfonlarının sayı açıqlanıb
15-05-2020, 03:34

Bu ilin ilk üç ayında bütün dünya üzrə 24,1 milyon 5G smartfonu istehsal olunub. 

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 5G smartfon bazarına liderliyi Cənubi Koreya nəhəngi Samsung şirkəti edir.

 

Sözügedən şirkət ilk üç ay ərzində təxminən 8,3 milyon 5G aparatı istehsal edib. İstehsal həcminə görə Samsung bazarın 34,4% hissəsinə sahib olub. Şirkətin ötən il təqdim etdiyi və 5G mobil rabitə şəbəkəsini dəstəkləyən Galaxy S 10 smartfonu böyük uğur gətirib. Onun ardınca Samsung 5G şəbəkəsini dəstəkləyən smartfonlarının sayını artırıb.

 

Samsung şirkətindən sonra ikinci yerdə gələn Çinin texnologiya nəhəngi Huawei 8 milyon cihazla bazarda 33,2% pay əldə edib. Huawei şirkətindən sonra ardıcıl olaraq Vivo, Xiaomi və Oppo kompaniyaları gəlir. Sözügedən şirkətlər 2,9 milyon, 2,5 milyon və 1,2 milyon 5G smartfonu istehsal edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930