SON DƏQQƏ

naxcivanxeberleri.com

“Microsoft” yenilənmiş cihazlarını təqdim edib

“Microsoft” yenilənmiş cihazlarını təqdim edib
7-05-2020, 21:16

“Microsoft” şirkəti “Surface” cihazlar silsiləsinə daha bir əlavə edib.

NAXCİVANXEBERLERİ.COM “Komersant”a istinadən xəbər verir ki, yeni “Surface Go 2” planşeti “Surface Go” planşetlər qrupunun daha ucuz variantı olmaqla əvvəlki versiyaya nisbətən 64 faiz tez işləyir.

10,5 düyümlük ekranı, 5 MP-lik ön kamerası, 64 gB yaddaşı, 4 gB əməliyyat yaddaşı olan yeni cihaz mayın 12-də 399 ABŞ dollarından satışa çıxarılacaq.

Bununla yanaşı, taxma ekranı olan “Surface Book 3” yeni notbuk 10-cu nəsil İntel prosesoru ilə təchiz olunub və mayın 21-də 1 599 dollardan alıcılara təklif olunacaq. Aprelin əvvəlində koronavirusa görə yeni qoşaekranlı “Surface Neo” notbuklarının təqdimatının təxirə salındığı açıqlanmışdı.

Həmçinin ətraf səsləri 13 səviyyədə dəf edə bilən “Surface Headphones 2” qulaqlıqları mayın 12-də 249 ABŞ dollarından, “Surface Earbuds” taxma qulaqlıqları isə eyni gün 199 dollardan satışa çıxarılacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930