SON DƏQQƏ

naxcivanxeberleri.com

iPhone SE artıq 40 ölkədə satışa çıxarılıb

iPhone SE artıq 40 ölkədə satışa çıxarılıb
25-04-2020, 04:42

Bir neçə gün əvvəl gözlənilməz şəkildə yeni nəsil iPhone SE ilə qarşımıza çıxan Apple sözügedən modeli bazara çıxarıb. 

 

NAXCİVANXEBERLERİ.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, iPhone SE artıq 40 ölkədə satışdadır. 


İlk dalğada cihaz sayının məhdud olması gözlənilir. Ancaq 17 apreldə ilkin sifarişdən yararlanan əksər müştərinin mayın ilk həftəsində telefonlarına qovuşacağı deyilir. 


Xatırladaq ki, nisbətən ucuz qiymətə təqdim edilən model 4.7 düymlük, 1334×750 piksel ölçülü LCD ekran ilə təmin olunub. Retina HD adlandırılan ekranın alt qismində barmaq izi sensoru yer alır. Sözügedən dizayn ilk dəfə iPhone 6-da istifadə edilib. Daxili yaddaşı 64GB, 128GB və 256 GB olmaqla üç fərqli seçim imkanı var. 


12 meqapiksellik əsas kamera f/1.8 diafraqmaya sahibdir. Altı komponentdən ibarət kamera beşqat rəqəmli yaxınlaşdırma imkanına malikdir. Gecə çəkilişləri üçün True Tone LED flaş ilə gücləndirilib. Eyni zamanda, titrəməni minimuma endirmək üçün optik sabitləyici əlavə edilib. Ön kamera isə 7M-lik pf/2.2 diafraqma ilə təmin olunub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930