SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni texnologiya plastik tullantıları neftə çevirəcək - VİDEO

Yeni texnologiya plastik tullantıları neftə çevirəcək - VİDEO
13-02-2019, 15:51

Hər il dünyada sonradan tullantıya çevrilən milyonlarla ton plastik məmulat istehsal edilir. Məsələn, 2015-ci ilə olan məlumata görə, hər il 12,7 milyonadək ton plastik tullantı dünya okeanına düşür.

ABŞ-ın Perdyu Universitetinin alimləri kimya professoru Linda Vanın rəhbərliyi altında ən müxtəlif məmulatların (butulka qapaqları, elmi alətlər) yaradılmasında istifadə edilən daha geniş yayılmış termoplastik tipi olan poliolefinin emalı texnologiyasını hazırlayıblar.

Onun sözlərinə görə, emal nəticəsində polimerlər, naftu (karbohidrogen qarışığı) və hər cür yanacaq növləri daxil olmaqla bir çox qiymətli məhsullar istehsal ediləcək.

Linda Van və onun həmkarları "hidrotermal mayeləşdirmə" adlı texnologiyadan istifadə ediblər. Sözügedən texnologiya materialların yüksək təzyiq altında orta temperaturadək qızdırılmasını nəzərdə tutur, bu da onları bir çox qiymətli karbohidrogen birləşməsindən ibarət olan neftə çevirir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031