SON DƏQQƏ

naxcivanxeberleri.com

iPhone SE 2020 təqdim edildi– VİDEO

iPhone SE 2020 təqdim edildi– VİDEO
16-04-2020, 02:19

Apple şirkətinin çoxdan gözlənilən yeni iPhone SE modeli, nəhayət, təqdim edilib. 


NAXCİVANXEBERLERİ.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, iPhone SE 2020 və ya iPhone 9 adlandırılacağı gözlənilən telefon eyni adla, yəni iPhone SE kimi qarşımıza çıxıb. 


Nisbətən ucuz qiymətə təqdim edilən model 4.7 düymlük, 1334×750 piksel ölçülü LCD ekran ilə təmin olunub. Retina HD adlandırılan ekranın alt qismində barmaq izi sensoru yer alır. 

 


Sözügedən dizayn ilk dəfə iPhone 6-da istifadə edilib. 


Həmişəki kimi, operativ yaddaş açıqlanmasa da, daxili yaddaşı 64GB, 128GB və 256 GB olmaqla üç fərqli seçim imkanı var. 


12 meqapiksellik əsas kamera f/1.8 diafraqmaya sahibdir. Altı komponentdən ibarət kamera beşqat rəqəmli yaxınlaşdırma imkanına malikdir. Gecə çəkilişləri üçün True Tone LED flaş ilə gücləndirilib. Eyni zamanda, titrəməni minimuma endirmək üçün optik sabitləyici əlavə edilib. Ön kamera isə 7M-lik pf/2.2 diafraqma ilə təmin olunub. 

 


67,3x138,4x7,3mm ölçüyə malik telefon 148 qram ağırlığındadır. Bundan başqa, smartfon iki nömrə daşıya bilir. 


Kabelsiz adapter dəstəyinə sahib cihazın batareya gücü açıqlanmayıb. Ancak iPhone 8 ilə oxşar batareya ömrü olduğu deyilir. 13 saata qədər video oynatma imkanı olan telefon, 40 saatadək musiqi dinləmə, 8 saata qədər onlayn video izləmə imkanına malikdir. 


ABŞ-da 399 dollardan başlayan qiymətlə satışa çıxarılan modelin Azərbaycan qiyməti hələlik məlum deyil.

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930