SON DƏQİQƏ

naxcivanxeberleri.com

`Android` sistemli qurğularda kritik boşluq aşkar edilib

`Android` sistemli qurğularda kritik boşluq aşkar edilib
11-02-2019, 15:21 178 dəfə baxılıb

"Google”un texniki mütəxəssisləri tərəfindən "Android” əməliyyat sistemində aşkar edilmiş boşluq şəklə baxış proqramı üzərindən istənilən kodu icra etməyə imkan verir. Saytda dərc edilmiş təhlükəsizlik bülleteninə əsasən, bu problem sonuncu yeniləmədə aradan qaldırılıb.

Tərtibatçıların sözlərinə görə, qurğuda zərərli proqramların uzaq məsafədən işə salınması üçün PNG formatlı fayllara baxış proqramı istifadə edilirdi. Məlumata görə, aşkar edilmiş boşluq "Android” sisteminin 7.0-dan (Nougat) son versiyası (Pie) daxil olmaqla bütün versiyaları üçün təhlükə mənbəyi idi.

Mütəxəssislər əmin edirlər ki, sözügedən boşluq hücumların həyata keçirilməsində istifadə edilməyib, ancaq istifadəçilərə imkan daxilində öz qurğularına qurulmuş "Android” sisteminə son versiyanı yükləmək tövsiyə edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728