SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Microsoft” Azərbaycan universitetlərində laboratoriya açmaq niyyətindədir

“Microsoft” Azərbaycan universitetlərində laboratoriya açmaq niyyətindədir
11-12-2018, 17:29

“IoT Lab” təşəbbüsünün məqsədi ali təhsil və peşə məktəblərində "IoT" (The internet of things – Əşyaların İnterneti) texnologiyalarının inkişafı, bizim tələbələrin bu istiqamətdə inkişafını dəstəkləməkdir".

Bunu açıqlamasında “Microsoft Azerbaijan” şirkətinin təhsildə əməkdaşlıq üzrə meneceri Emin Axundov deyib.

Onun sözlərinə görə, "IoT" texnologiyaları bir sıra başqa texnologiyaların da inkişafına şərait yaradır: “Bildiyiniz kimi, yayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft" arasında memorandum imzalanıb. Bu memorandum çərçivəsində Nazirliyin nəzdində olan təlim-tədris mərkəzində bir guşəmiz olacaq. Tələbələr və dövlət təşkilatlarının nümayəndələri həmin guşədən lazımi məlumatlar əldə edəcəklər. Bundan əlavə, biz “IoT Lab”ın kompüter elmləri tədris olunan ali təhsil müəssisələrində tədris olunmasını istəyirik. Bu, hər universitetdə, təxminən, 2-3 ay ola bilər. İstifadə olunan qurğuların çoxu elə də bahalı deyil. Onan xərcini əksər universitetlər qarşılaya bilər. Bilirik ki, bəzi universitetlərdə laboratoriyalar, inkubasiya mərkəzləri yaradılır. Biz avadanlıqdan başqa, onunla bağlı tədris məzmununu da verə bilirik. Məzmun hazırdır və tələbələr üçün pulsuzdur. Onlar https://iotschool.microsoft.az/ linki vasitəsilə buna çox rahat baxa bilər. Həmçinin burada peşəkar sertifikatlaşma məsələləri var ki, ali məktəblərdə təhsil alan tələbələr daha ucuz edə bilərlər”.

E.Axundov “IoT Lab”ın 7-8 universitetdə nümayiş oluna biləcəyini açıqlayıb: “Potensial benefisiarların sayı universitetlərin yarada biləcəyi şəraitdən asılıdır. Amma yenə də il ərzində minlərlə tələbənin bundan istifadə edəcəyini düşünürük".

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930