SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Petkim”də istehsal rekord səviyyədə olubv

“Petkim”də istehsal rekord səviyyədə olubv
2-03-2020, 21:31

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Türkiyənin yeganə neft-kimya kompleksi - “Petkim”də 2019-cu ildə 3,4mln. ton məhsul istehsal olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bu həcm kompleksin indiyədək ən yüksək illik istehsal göstəricisidir.

“Petkim”in 2019-cu il üzrə istehsalı əvvəlki ilədən 24% çox olub.

“Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, ötən il neft-kimya sektorunda baş verən azalma tendensiyasına baxmayaraq, əldə olunan rekord göstəricidə STAR neft emalı zavodu ilə sinerji, səmərəliliyi artıran və çevikliyə yönələn layihələrlə yanaşı, rəqəmsallaşma da rol oynayıb. O qeyd edib ki, 2019-cu ildə STAR zavodundan “Petkim”ə 759 min ton nafta verilib.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930