SON DƏQİQƏ

naxcivanxeberleri.com

“WhatsApp”dan istifadəçilərini sevindirəcək 4 YENİLİK

“WhatsApp”dan istifadəçilərini sevindirəcək 4 YENİLİK
28-10-2019, 22:42

Azərbaycanda ən çox istifadə edilən şəbəkələrdən olan "WhatsApp” son yenilikləri ilə istifadəçilərini sevindirməyə hazırlaşır.

"WhatsApp” rəhbərliyi yaxın günlərdə istifadəçilərini 4 yenilənmə ilə təəccübləndirəcək.

Sosial şəbəkə tətbiqetmənin istifadəsini asanlaşdırmaq və yaranan problemləri daha sürətli həll etmək üçün bu funksiyaları işə salacaq:

Qaranlıq rejim:Gələcək xüsusiyyətlərdən biri, "İnstagram” və oxşar tətbiqlərdə olduğu kimi "Qaranlıq rejim" xüsusiyyətidir. Tətbiqdə "Dark Mode” və qaranlıq bildiriş mesajları olacaq.

Özünü məhv etmə mesajı:Digər bir xüsusiyyət, özünü məhv etmə mesajıdır. Yeni funksiyanın işə düşməsindən sonra istifadəçilər artıq özünü məhvetmə mesajlarından istifadə edə biləcəklər. Hər kəs özünü "Inspector Gadget” kimi hiss edəcək. Hələlik bu funksiyanın necə istifadə ediləcəyi barədə ətraflı məlumat yoxdur.

Səssiz status yenilənməsi: Platformaya inteqrasiya ediləcək başqa bir yenilik, səssiz rejimə saldığınız insanların statusları da üzə çıxmayacaq.

Baş ekran:"WhatsApp” yeni dövrdə başlanğıc ekranına sahib olacaq. Tətbiqi ilk dəfə "Splash Screen bir" adlı bu xüsusiyyət ilə işə saldıqda ekranda "WhatsApp” loqotipi görünəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930