SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda kiberhücumlardan qorunmaq üçün yeni təhlükəsizlik sistemi hazırlanıb

Azərbaycanda kiberhücumlardan qorunmaq üçün yeni təhlükəsizlik sistemi hazırlanıb
15-10-2019, 17:51

“Delta Telecom” MMC-də şirkətin internetlə təchiz etdiyi provayderlərin və güc strukturlarının nümayəndələrinin iştirakı ilə təcili toplantı keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un əldə etdiyi məlumata görə, toplantıda kiberhücumlara qarşı mübarizə, təhlükəsizlik məsələləri müzakirə edilib.

Ümumilikdə, 100-ə yaxın şəxsin qatıldığı tədbirdə “Delta Telecom” üçün hazırlanmış yeni təhlükəsizlik sistemi təqdim edilib. “İskratel” MMC-nin ərsəyə gətirdiyi sistem kiberhücumlara qarşı mübarizə aparmağa imkan verəcək.

“İndiyə qədər provayderlər ayrı-ayrılıqda özlərinin və müştərilərinin təhlükəsizliyini qoruyurdular, amma yeni sistemin sayəsində kiberhücumlarının qarşısı “Delta Telecom”da alınacaq", - deyə toplantıda qeyd olunub.

Tədbir iştirakçıları ölkədə internet xidmətinin ucuzlaşdırılmasını da müzakirə edilib. “Delta Telecom”un nümayəndəsi bildirib ki, internet tariflərinin azaldılması hələ ki, gündəmdə deyil. Xatırladaq ki, şirkət bu ilin mayında provayderlərə təqdim olunan internetin qiymətində təxminən 70% endirim olacağını açıqlamışdı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930