SON DƏQİQƏ

naxcivanxeberleri.com

Amazonun yeni məhsulu ağıllı səs dinamiki: Amazon Echo

Amazonun yeni məhsulu ağıllı səs dinamiki: Amazon Echo
15-09-2019, 23:35

Amazon, e-ticarət sahəsindəki müvəffəqiyyətini məhsullara də ötürməyə ilk olaraq e-kitab oxucusu ilə bacarmışdı. Amazon, indi isə yeni bir ağıllı dinamik təqdim edib.

Amazon Echo adı verilən ağıllı dinamik şifahi danışığa cavab vermək, musiqi çalmaq və evdəki hər kəsə xitab etmək kimi funksiyalara sahibdir.

Amazon Echo vasitəsilə, anlıq olaraq məlumat, musiqi, xəbərlər, hava vəziyyəti kimi məlumatlara da qulaq asmaq mümkündür. Ağıllı dinamik, bütün otaqdakı səsləri dinləyərək əmrlərinizi almaq üçün hazır şəkildə gözləyir.

Amazon Web Services’ə, yəni “buluda bağlı” olaraq çalışacaq Amazon Echo’nu, evin istənilən otağında istifadə etmək mümkündür. Amazon Echo ilə bağlı ilk narahatlıqlardan biri təbii ki mühitdəki səsi dinləyərək qeyd etməsi və gizliliklə əlaqədar faktorlardır. Çünki Amazon Echo davamlı olaraq səsləri dinləyir və bu səslər içərisində əmrləri almaq üçün hazır olaraq gözləmə rejimində olur.

Asan quraşdırma, sürətli kabelsiz əlaqə və Bluetooth dəstəyi ilə evlərdəki yerini almağı hədəflən Amazon Echo’nun, Fire OS, Android və iOS əməliyyat sistemlərində tətbiqləri də var. Beləcə Amazon Echo’dakı siqnalları, musiqiləri və daha bir çox şeyi ağıllı telefon üzərindən də idarə etmək mümkün olacaq.

Amazon Prime üzvləri üçün qısa bir müddətə 99 $ ‘lıq qiymətdən satılacaq Amazon Echo’nun bu andakı ön sifariş qiyməti 199 $’dır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031