SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Android” sisteminin adlandırılması sxemi dəyişdiriləcək

“Android” sisteminin adlandırılması sxemi dəyişdiriləcək
23-08-2019, 18:57

"Google” şirkəti "Android” mobil əməliyyat sisteminin yeni versiyalarının şirniyyat və desertlərin şərəfinə adlandırılması ənənəsindən imtina edəcək.

Qeyri-adi ənənə 2009-cu ildə buraxılan "Android 1.6 Cupcake” sistemindən başlayıb. Onun ardınca isə əməliyyat sisteminin "1.6 Donut”, "2.0 Éclair”, "2.2 Froyo”, "2.3 Gingerbread”, "3.0 Honeycomb”, "4.0 Ice Cream Sandwich”, "4.1 Jelly Bean”, "4.4 KitKat”, "5.0 Lollipop”, "6.0 Marshmallow”, "7,0 Nougat”, "8.0 Oreo” və "9 Pie” versiyaları işıq üzü görüb.

Bu ilin martında şirkət "Android 10 Q” sisteminin beta versiyasını təqdim edib. İstifadəçilər və KİV nümayəndələri şirkətin Q hərfi ilə başlayan hansı deserti sonuncu versiyanın adında istifadə edəcəyi ilə bağlı ehtimallar irəli sürüblər. Lakin "Google” şirkəti 10 rəqəmi ilə kifayətlənməyi məqsədəuyğun hesab edib.

"Android” tərtibatçılarının rəsmi bloquna görə, belə qərarın qəbul edilməsinin əsas səbəbi dünyanın müxtəlif ölkələrinin sakinlərinin şirniyyat adlarını başa düşməkdə çətinliklərlə üzləşməsi ilə əlaqədardır. Belə ki, məsələn, zefir heç də bütün ölkələrdə şirniyyat hesab edilmir, yapon dilində L hərfi ilə ötürülən səs isə ümumiyyətlə mövcud deyil. "Аndroid” sisteminin növbəti versiyalarının hamısı yalnız rəqəmə malik olacaq.

Bundan başqa, şirkət "Android” sözünün şriftini və loqotipin rəng çalarını dəyişdirməyi planlaşdırır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30