SON DƏQİQƏ

naxcivanxeberleri.com

“FaceApp” təhlükəsi

“FaceApp” təhlükəsi
9-08-2019, 20:54

Müasir dövrümüzdə texnologiya sahəsi sürətlə inkişaf etməkdədir. Yeni texnologiyaların işlənib hazırlanması və həmçinin müvafiq olaraq kiberhücum metodlarının inkişaf etdirilməsi sistemlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması zərurətini yaradır. Onu da vurğulamaq lazımdır ki, ideal təhlükəsizlik anlayışı yoxdur və faktiki olaraq hazırda qlobal məkanda təhdidlər kifayət qədər genişdir. Məhz bu faktorları əsas götürdükdə mühitin təhlükəsizliyinin çoxpilləli mexanizm əsasında qurulması ən düzgün seçimdir. Müasir dövrümüzdə gənclərimiz internet şəbəkələrində yayılan oyunların və digər əyləncəli proqramların belə təhlükələrini nəzərə almırlar. Son zamanlar gənclərin sevimlisi olan şəkilləri qocaldan "FaceApp" mobil proqramı bu günlərdə sosial şəbəkələrdə, eləcə də həm "AppStore"-da, həm də "Google Play"-də ən populyar proqramlardan biridir. Təkcə "GooglePlay"-də qeyd olunan proqramı 50 milyondan çox istifadəçi yükləyib. Bu proqram insanları əyləndirir, istifadəçilərə yaşlananda necə olacaqlarını görmək imkanı verir və bu zaman real görüntülər yaradaraq milyonlarla insanı əhatə edən böyük auditoriyanı cəlb edir. Populyarlığın əsas səbəbi də budur.
Qeyd edək ki, bu 2017-ci ildə yaradılmış proqramın yeni funksiyasıdır. Neyron şəbəkələr bazasında çalışan bu proqramı Rusiyanın "Wireless Lab" şirkəti hazırlayıb. Hesab edirik ki, insanların fotolarını qocaldan “FaceApp” proqramı istifadəçilərin məxfi məlumatlarını üzə çıxarır. Fikrimizcə, proqram istifadəçilər üçün riskdir. “FaceApp” istifadəçinin xəbəri olmadan albomlardakı hər hansı bir fotoşəkildən istifadə edə bilər. Diqqətinizə çatdıraq ki, fotoşəklini, adını və digər məlumatlarını paylaşan istifadəçi rəqəmsal olaraq müdafiəsiz qala bilər. Proqram onun yükləndiyi cihazlar vasitəsilə məlumat toplayır. Təbii ki, istifadəçini üzdən tanıyır, onun İP ünvanını və yüklədiyi digər proqlamları bilir, yəni özü üçün həmin istifadəçinin profilini formalaşdırır. Beləliklə, sizə aid informasiyaların başına nə gələcəyini, onların kimin əlinə keçə biləcəyini yalnız proqramın yaradıcıları bilir.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi gənclərimizi təhlükəsizlik baxımından “FaceApp” proqramına aludə olmamağa çağırır, kompüterinizə və ya smartfonunuza yüklədiyiniz proqramlara, o cümlədən, brauzerdəki genişləndirmələrə nəzər salmanızı, istifadə etmədiyiniz və ya çox da lazım olmayan proqramları silmənizi tövsiyyə edir.

Naxçıvan Muxtar Respublikasının
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
Elektron Təhlükəsizlik Mərkəzi


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031