SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mobil telefonları bədənin hərarəti ilə şarj edəcək material hazırlanıb

Mobil telefonları bədənin hərarəti ilə şarj edəcək material hazırlanıb
25-07-2019, 21:14

Rusiyanın Milli Tədqiqat Texnoloji Universitetində ("MİSiS”) tədqiqatlar aparan beynəlxalq alimlər qrupu nano borucuqların əsasında termoelektrik polimer hazırlayıblar.

NAXCİVANXEBERLERİ.COM TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu material insan bədəninin hərarəti ilə mobil cihazları şarj edən bilərzik-qurğuların hazırlanmasında istifadə olunacaq.

"MİSiS” mətbuat xidmətinin məlumatında deyilir ki, kimyəvi birləşmələr və metal əritmələri termoelektrik materiallara aid edilir və onlar istini elektrik enerjisinə çevirə bilir. Hazırda bu materialların transformasiya gücü cəmi 10 faizdir, lakin cihazların batareyalarını doldurmaq üçün bu göstəricinin 100 faizə çatdırılması tələb olunur. Alimlər polimer materialları alternativ kimi qəbul edirlər. Onlar otaq temperaturunda işləyə bilir, elastik olduğundan müxtəlif formalar alır, toksik deyil və istiliyin transformasiyası zamanı daha az itkilərə məruz qalır. Alimlər bu materialı uzadılmış nano borucuqların əsasında hazırlayıblar və gələcəkdə telefonu bədən hərarəti ilə şarj edəcək bilərzik-qurğular istehsal etməyi planlaşdırırlar.

Tədqiqatlarda İsveçin Lulelo Universitetinin və Almaniyanın Fridrix Şiller adına Universitetinin alimləri iştirak ediblər. Elmi kəşfin təfərrüatları Advanced Functional Materials jurnalında dərc olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031