SON DƏQİQƏ

naxcivanxeberleri.com

İnsanları “qocaldan” “FaceApp”da Rusiya izi - Senatordan xəbərdarlıq

İnsanları “qocaldan” “FaceApp”da Rusiya izi - Senatordan xəbərdarlıq
18-07-2019, 16:20

Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş "FaceApp” tətbiqi ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu ABŞ Senatında demokratların lideri Çak Şumer deyib.

O, məsələ ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoruna və Federal Ticarət Komissiyasına məktub göndərib.

Ç.Şumer hesab edir ki, mənzil-qərargahı Sankt-Peterburqda yerləşən şirkətin hazırladığı mobil tətbiq milli təhlükəsizliyə və milyonlarla amerikalının məxfi məlumatları üçün təhlükə törədə bilər:

"İstifadəçilər tətbiqdən istifadə etmək üçün şirkətə şəxsi fotoşəkillərinə və məlumatlarına tam və qeyd-şərtsiz giriş imkanı yaratmalıdır. Bu, o deməkdir ki, şirkət gələcəkdə istifadəçinin razılığı olmadan tətbiq vasitəsilə yüklənən fotoşəkillərdən istifadə edə bilər”.

Proqramın Rusiya şirkəti tərəfindən hazırlanması amerikalı senatorda əlavə narahatlıqlar doğurur:

"FaceApp”da şəxsi məlumatlarını yükləmiş milyonlarla amerikalının informasiyası Rusiya hökumətinin və ya onunla bağlı şirkətlərin əlinə keçə bilər”.

Qeyd edək ki, "FaceApp” tətbiqi Rusiyanın "Wireless Lab” şirkəti tərəfindən hazırlanıb. "FaceApp” süni intellekt texnologiyasından istifadə etməklə yüklənən şəkillərdə insanların üz cizgilərini dəyişərək qocalıq dövrünü təsvir edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031