SON DƏQİQƏ

naxcivanxeberleri.com

Votsap hərəkətlərini izləməyə dair elanlar çoxalıb - Diqqətli olun!

Votsap hərəkətlərini izləməyə dair elanlar çoxalıb - Diqqətli olun!
14-07-2019, 22:11

Son zamanlar sosial şəbəkələrdə tez-tez ödəniş qarşılığında hər hansı bir şəxsin votsap hərəkətlərini izləməyə dair elanlar verilir. Əksər hallarda isə bu elanlar dələduzlar tərəfindən gəlir əldə etmək məqsədi daşıyır. Mütəxəssislər isə bu prosesin çətin, amma mümkün olduğunu bildirir. Odur ki, bir neçə nüansa fikir verməklə bunun qarşısını almaq mümkündür.

Elanlarda ''Hətda sevdiyin şəxs belə səni aldada bilər, sevgilinin səni aldadıb-aldatmadığını bilmək istəyirsən? Sən də 25 nəfəri izləmək fürsətini qaçırtma'' qeyd edilir.

Üstəlik, elanda ödənişin əvvəlcədən edilməsi istənilir.

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Ayaz Təhməzovun sözlərinə görə, belə elanlar adətən saxta olur və dələduzlar pul qazanmaq üçün bunu yayırlar. Amma təcrübədə votsap yazışmalarını izləməyin mümkün olduğunu göstərən faktlar da var. Bunun ən sadə yolu izləniləcək telefonu ələ keçirməkdir.

Ayaz Təhməzovun sözlərinə görə, bunlardan qorunmaq üçün müasir təhlükəsizlik sistemlərindən istifadə etmək lazımdır. Bu sistemlər bəzi icazəsiz daxil olmaların qarşısını almaq üçündür.

Ekspertlər sosial şəbəkələrdə təklif edilən belə xidmətlərdən istifadə etməyi tövsiyə etmirlər. Çünki bunu edən şəxslər hətta sifarişçinin də şəxsi məlumatlarını əldə edib daha sonra onların özlərinə qarşı şantaj məqsədi ilə istifadə edə bilərlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30