SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Windows 10” sahibini üzdən tanıyacaq

“Windows 10” sahibini üzdən tanıyacaq
26-12-2018, 12:21

Yeni il bayramından sonra bir sıra aparıcı texnologiya şirkətləri istifadəçiləri unikal innovasiyaları ilə sevindirəcək. Fərdi kompüterlər və noutbuklar üçün ən populyar əməliyyat sistemini ərsəyə gətirməyə çalışan “Microsoft” şirkəti bu baxımdan istisna deyil.

NAXCİVANXEBERLERİ.COM “Hi-News” portalına istinadən xəbər verir ki, nəzərdə tutulan yeni texnologiyaya əsasən Windows əməliyyat sistemi ilə çalışan istənilən kompüter öz istifadəçisini üzdən tanıyacaq.

“Microsoft” yeni texnologiyanın hansı funksiya əsasında gerçəkləşəcəyini də gizlətmir.
Məlumata əsasən, 2019-cu ildə “Microsoft” şirkəti Windows 10 və Xbox One sistemləri üçün yeni veb kameralar satışa çıxaracaq.

Kameranın əsas özəlliklərindən biri Windows 10 əməliyyat sistemi ilə çalışan istənilən kompüterdə Windows Hello – üzün tanınması proqramını dəstəkləməsi olacaq.

Digər kamera isə Xbox One əməliyyat sistemi üçün nəzərdə tutulub, və İstifadəçilərin “üz tanınma” funksiyası ilə hesaba daxil olmasını təmin edən “Kinect” funksiyasını dəstəkləyəcək.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031