SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda son iki ayda elektronlaşma sahəsində mühüm işlər görülüb, təhlükəsizlik tam təmin edilib

Naxçıvanda son iki ayda elektronlaşma sahəsində mühüm işlər görülüb, təhlükəsizlik tam təmin edilib
18-03-2023, 09:00

Muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlər göstərilməsi istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən muxtar respublikada bir sıra qurumlara aid hazırlanmış internet saytları həm funksionallıq, həm də məzmun cəhətdən təkmilləşdirilib, yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün yeni yaradılan saytlar müasir üslubda tərtib edilərək hər bir istifadəçinin kompüterinin, planşetinin və ya mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğunlaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məəlumata əsasən, bunlarla yanaşı, nazirlik digər aidiyyəti qurumlarla olduğu kimi, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə də müvafiq sahə üzrə sıx əməkdaşlıq edir. Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi məqsədilə nazirliyin mütəxəssisləri üçün təlimlər keçirilib, eləcə də onların kibergigiyena layihəsinə qoşulması təmin edilib. Həmçinin muxtar respublikada “AzstateNet” internet, voice və data şəbəkəsinin qurulması üzrə də işlər həyata keçirilməkdədir.
2023-cü ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr  tarixli Qərarına uyğun olaraq yenilənən dövlət qurumlarının internet səhifələri Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən audit yoxlamaları aparıldıqdan sonra GOV.AZ zonasında yerləşdirilməsi təmin edilib.
Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az, [email protected]), Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin (nsupremecourt.gov.az, [email protected]), Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az, [email protected]), Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az, [email protected]), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az, [email protected]), Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az, [email protected]), Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az, [email protected]), Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az, [email protected]), Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin (nrb.gov.az, [email protected]), “Şərq qapısı” qəzetinin (serqqapisi.gov.az, [email protected]) internet səhifələrinin “AzstateNet” şəbəkəsində yerləşdirilməsi təmin edilib.
Həmçinin yenilənən internet səhifələrinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, saytların domen ünvanları da müvafiq qaydada yenilənməklə gov.az domeninə bağlı e-poçt ünvanları ilə təmin edilib.
Nazirliyin mühəndis-proqramçıları tərəfindən muxtar respublikada rayon (şəhər) icra hakimiyyətlərinin, Naxçıvan Muxtar Respublika Prokurorluğunun, Ədliyyə, Daxili İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman, Mədəniyyət nazirliklərinin, Statistika Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin, Turizm Departamentinin, “Naxçıvan Beynəlxalq Hava Limanı” Qapalı Səhmdar Cəmiyyətinin internet səhifələri yenilənməkdədir ki, onların da audit yoxlamaları aparıldıqdan sonra GOV.AZ domen zonasına köçürülməsi həyata keçiriləcəkdir. İnternet saytlarının hazırlanması ilə yanaşı, bir sıra qurumlar GOV.AZ domeninə bağlı e-poçt ünvanları ilə də təmin olunublar.
Nazirlik tərəfindən muxtar respublikada elektron imzanın tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilib. 2022-ci il ərzində 12-si vətəndaş, 54-ü sahibkar, 64-ü hüquqi şəxs və 262-si dövlət qurumu olmaqla, ümumilikdə, 392, cari ilin yanvar-fevral aylarında isə 3-ü sahibkar, 10-u hüquqi şəxs və 48-i dövlət qurumu olmaqla, cəmi 61 elektron imza sertifikatı istifadəçilərə təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada elektronlaşma sahəsində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031