SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR prezidenti “Honeywell PMT” şirkətinin prezidenti ilə görüşüb

SOCAR prezidenti “Honeywell PMT” şirkətinin prezidenti ilə görüşüb
15-06-2019, 23:53

SOCAR Tower-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ABŞ-ın “Honeywell Performance Materials and Technologies” (“Honeywell PMT”) prezidenti və baş direktoru Raciv Quatamın rəhbərlik etdiyi nüməayəndə heyəti ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, qonaqları salamlayan Rövnəq Abdullayev "Honeywell PMT" şirkətlər qrupuna daxil olan UOP şirkəti ilə SOCAR arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.

O, bu əlaqələrin Türkiyədə STAR neft emalı zavodunun inşası və Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası layihələrində daha da dərinləşdiyini bildirib. SOCAR prezidenti UOP təmsilçilərini moderinizasiya prosesində daha aktiv olmağa dəvət edib.

"Honeywell PMT" şirkətinin prezidenti və baş direktoru Raciv Qautam rəhbərlik etdiyi şirkətin STAR neft emalı zavodunun tikintisi və Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası layihəılərində yaxından iştirak etməsindən məmnunluğunu bildirmiş, şirkətə məxsus müasir emal texnologiyalarının Azərbaycanda tətbiqində, həmçinin azərbaycanlı mütəxəssislərin peşə təlimlərinə cəlb edilməsində maraqlı olduğunu vurğulayıb.

Qeyd olunub ki, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası layihəsində və Türkiyədə STAR neft emalı zavodunda bir sıra texnoloji qurğularda "Honeywell UOP" şirkətinin texnologiyalarından istifadə edir. Bununla yanaşı, "Honeywell PMT" şirkəti qeyd olunan hər iki layihədə Əsas Avtomatlaşdırma Podratçısı qismində iştirak edərək zavodları ən müasir avtomatlaşdırma sistemləri ilə təmin edir.

Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin səyləri və uzaqgörən siyasəti sayəsində hələ 1980-ci ildə hazırda onun adını daşıyan Neft Emalı Zavodunda UOP texnologiyası ilə ilk katalitik riforminq qurğusu quraşdırılmış və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzinin istehsalına doğru mühüm addım atılıb.

Honeywell UOP (www.uop.com) emal texnologiyası, katalizatorlar, adsorbentlər, avadanlıq təchizatı və lisenziyası ilə məşğul olur, neft email, neft-kimya və qaz emalı üzrə konsaltinq xidmətləri göstərir. Honeywell UOP şirkəti “Honeywell’s Performance Materials and Technologies” strateji biznes qrupunun bir hissəsi olub, neft-qaz, emal, neft-kimya, kimya və digər sənaye sahələrində avtomatlaşdırma proseslərinin pioneridir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031