SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
15-06-2019, 09:00

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyun ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NAXCİVANXEBERLEERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilmişdir. Qərara əsasən Peşə təhsili müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli həyata keçirilir. Həmin tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilmişdir. Qərara görə, Ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Eyni zamanda “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Qərar qəbul etmişdir. Bu Qayda Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir şəxsin əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Qərar qəbul edilib. Nümunəvi Nizamnaməyə əsasən orta ixtisas təhsili müəssisəsinin fəaliyyət istiqamətləri orta ixtisas təhsili proqramlarının həyata keçirilməsi, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisəsinə qəbul olunanlar üçün orta ixtisas təhsili proqramları ilə yanaşı, tam orta təhsil proqramının da həyata keçirilməsi, eləcə də əlavə təhsil proqramlarının həyata keçirilməsindən ibarətdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031