SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşüb
15-06-2019, 09:09

Azərbaycanın Baş naziri Novruz Məmmədov Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmonla görüşüb.

NAXCİVANXEBERLERİ.COM "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı öncəsi baş tutub.

Bildirilir ki, Rahmon Tacikistan və Azərbaycan arasında əməkdaşlığın səviyyə və keyfiyyətindən razılığını ifadə edib.

Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və turizm sahəsində Azərbaycan-Tacikistan tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031