15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
11:45 - “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
11:15 - Ukrayna Təhlükəsizlik Şurası: “Belarus Kremlin nüvə girovuna çevrilir”
Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb-FOTO
Macarıstanın xarici işlər naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə nazir özünün feysbuk hesabında yazıb.
"Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıdayam. Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı Xəzər dənizi vasitəsilə elektrik xəttinin çəkilməsi ilə maraqlanan nazirlər də Bakıda toplaşacaq. Cənub-Şərqi Avropadan olan həmkarlarımız da burada olacaqlar. Ümid edirik ki, diversifikasiya planlarının konkretləşdirilməsində mühüm irəliləyiş əldə edə biləcəyik. Azərbaycandan daha çox təbii qazın alınması Mərkəzi Avropada yeni təbii qaz mənbələri baxımından ən real ssenaridir", - o yazıb.
Qeyd edək ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası keçiriləcək.
Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulur.
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən - “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir.