SON DƏQİQƏ

naxcivanxeberleri.com

Misir Prezidenti: "Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq"

Misir Prezidenti: "Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq"
28-01-2023, 15:25

"Tərəflər arasında danışıqlar çox gözəl və müsbət mühitdə keçib. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək".

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.

O qeyd edib ki, ölkələr arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyir və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdırlar: "Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik. Onu da deyim ki, danışıqlar zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunub. Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür. Həmçinin Hökumətlərarası Müştərək Komissiyanın altıncı iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı və komissiyanın növbəti iclasının gündəliyinə salınacaq məsələləri müzakirə etdik. Misirdə əczaçılıq sahəsində əldə olunmuş nailiyyətləri vurğuladıq, mövcud infrastrukturdan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün hazır olduğumuzu bir daha bildirdik".

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031