SON DƏQİQƏ

naxcivanxeberleri.com

İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"

İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
27-01-2023, 23:27

"Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik".

NAXCİVANXBEERLERİ.COM məlumat verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

“Mərhumun ailəsinə başsağlığı veririk və yaralananların tezliklə sağalmasını diləyirik. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına hücumlar qəbuledilməzdir”, - məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031