SON DƏQİQƏ

13:20 - Abdullahiyan: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"

13:15 - Ceyhun Bayramov: “İsrail şirkətlərinin “ağıllı şəhər” konsepsiyasının icrasında əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndiririk”

13:10 - Qarabağdakı sənaye parklarına 138 milyon manat investisiya yatırılacaq

13:00 - Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub-FOTO

12:55 - Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək

12:52 - Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır

12:48 - Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"

12:44 - Deputat: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"

12:40 - Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”

12:35 - Deputat uşaqlara verilən siropun istifadə qaydasının fərqli yazılmasını tənqid edib

12:30 - Kohen: “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”

12:25 - Fərid Şəfiyev: "Azərbaycan Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlıq etməyəcək"

12:20 - Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb

12:15 - İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək

12:08 - XİN başçısı “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığın inkişafı baxımından mühüm addımdır”

naxcivanxeberleri.com

BƏƏ Azərbaycan səfirliyinə silahlı hücumu pisləyib

BƏƏ Azərbaycan səfirliyinə silahlı hücumu pisləyib
27-01-2023, 18:45

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın İrandakı Səfirliyində törədilən terror aktını kəskin şəkildə pisləyib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“BƏƏ bu cinayət əməllərini qətiyyətlə pisləyir və təhlükəsizlik, sabitliyə xələl gətirməyə yönəlmiş hər cür zorakılıq və terrorizmi rədd edir”, - bəyanatda bildirilir.

BƏƏ XİN vurğulayıb ki, diplomatik işi tənzimləyən qaydalara və nizamnamələrə uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsini təmin etmək lazımdır.

Nazirlik, həmçinin Azərbaycan Respublikasına və xalqına, o cümlədən həyatını itirən təhlükəsizlik əməkdaşının yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031