SON DƏQİQƏ

naxcivanxeberleri.com

İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terror hücumunu pisləyib

İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terror hücumunu pisləyib
27-01-2023, 18:18

İran səfirliyi Azərbaycanın Tehrandakı diplomatik korpusuna terror hücumunu pisləyib.

Səfirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumatda Azərbaycan səfirliyinin işçilərindən birinin həyatını itirməsi ilə bağlı Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verilir.

Bildirilir ki, İran səfirliyi dost və qardaş Azərbaycan səfirliyinə, silahlı şəxsin hücumunu pisləyir: "Bu acı hadisənin baş verdiyi ilk anlardan İran polis, siyasi və təhlükəsizlik orqanlarının rəsmiləri hadisənin və hazırda həbs olunaraq istintaqa cəlb olunan şəxsin bu cinayəti törətməsinin səbəblərini hərtərəfli araşdırılması üçün xüsusi göstəriş veriblər. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Həmçinin hadisə ilə bağlı iki ölkənin rəsmiləri arasında diplomatik əlaqələr davam edir. Bununla bağlı iki ölkənin xarici işlər nazirləri bu gün telefonla danışacaqlar".

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031