SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası mövzusunda elmi konfrans keçirilib
13-06-2019, 15:55

AMEA Naxçıvan Bölməsində 15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın müasir dövr tarixinə qızıl həriflərlə yazılan 15 İyun-Milli Qurtuluş Günü tarixinin əhəmiyyətindən danışıb, əlamətdar gün münasibəti ilə bu elm müəssisənin əməkdaşlarını təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən qayıdışı ilə Milli Qurtuluşumuzun əsasını qoyub. Dahi öndər istedadını, zəngin təcrübəsini azad, müstəqil, dünya sivilizasiyalı dövlətlər səviyyəsinə çatan bir dövlət qurmağa sərf edib. Onun uğurlu siyasəti sayəsində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Həyata keçirdiyi tədbirlər isə bütün sahələri əhatə edən inkişafın möhkəm təməlini qoyub.
Qeyd olunub ki, ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının qloballaşan dünyanın tələbinə uyğun apardığı siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, eyni zamanda ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etməsinə misilsiz töhfələr verib.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xilaskarlıq missiyası” mövzusunda məruzəsi dinlənilib.
Sonda Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov mövzu ətrafında çıxış ediblər. Qeyd olunub ki, xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin əbədiyaşarlığını təmin edib, ölkənin hərtərəfli inkişaf etməsinə nail olub.


AMEA Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası mövzusunda elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası mövzusunda elmi konfrans keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930