SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən təxribatı uğursuzluqla nəticələnib - VİDEO

Hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən təxribatı uğursuzluqla nəticələnib - VİDEO
13-06-2019, 13:22

İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildiriblər ki, bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan iki raket hədəfə dəyməyərək havada partlayıb.

Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olmasını göstərir.

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət traektoriyası və hədəfdən yan keçmə anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün nazirliyin havaya qaldırılan pilotsuz uçuş aparatı tərəfindən qeydə alınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930