SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda 1 600-dən çox Avropa İttifaqı şirkəti fəaliyyət göstərir

Azərbaycanda 1 600-dən çox Avropa İttifaqı şirkəti fəaliyyət göstərir
13-06-2019, 11:19

“Bu gün keçirilən Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes-forumunda 1 000-ə yaxın iş adamı iştirak edir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Bundan başqa, nazirin sözlərinə görə, hazırda ölkədə 1 600-dən çox Aİ şirkəti fəaliyyət göstərir. İndiyə qədər bu şirkətlər Azərbaycan iqtisadiyyatına 33 milyard dollar investisiya qoyub. Azərbaycan isə Aİ ölkələrinin iqtisadiyyatına 15 milyard dollar investisiya yatırıb.

“Aİ-nın Cənubi Qafqaz regionu üzrə ticarət dövriyyəsinin 78%-i Azərbaycanın payına düşür. Azərbaycanın isə xarici ticarət dövriyyəsində Aİ ölkələri 42% paya malikdir. Ötən il ticarət dövriyyəmiz 30% artıb. Qeyri-neft sektorunda Aİ bazarının böyük potensialı var”, - deyə Ş.Mustafayev qeyd edib.

Nazir Aİ ilə Azərbaycan arasında tranzit potensialı, regional layihələrin əhəmiyyəti barədə də danışıb və ötən il 9,3 milyon ton yükün daşındığını bildirib.

“Hazırda Azərbaycan Aİ ilə yeni saziş üzrə müzakirələr aparır. İnanırıq ki, bu saziş əməkdaşlığa yeni töhfə verəcək”, - deyə Ş.Mustafayev bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930