00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Yaşar Əliyevin itkin düşmüş şəxslərlə bağlı Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayılıb
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Baş katibə ünvanlanan məktubda Ermənistanın 30 ilə yaxın işğal siyasətindən sonra minlərlə itkin düşmüş azərbaycanlının taleyi barədə məlumat verməyə borclu olduğu qeyd olunub.
Bildirilib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 3 890 vətəndaşı, o cümlədən 719 mülki şəxsi itkin düşüb. Yaşar Əliyev BMT Baş katibinin diqqətinə çatdırıb ki, Ermənistanın əsirliyində onlarla azərbaycanlı dustaq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ziyarətindən sonra belə ölüb və ya yoxa çıxıb. Eyni zamanda, Azərbaycan təmsilçisi işğal altındakı ərazilərin azad olunmasından sonra aşkarlanan kütləvi məzarlıqların Ermənistanın bu torpaqlarda qəsdən mülki şəxsləri hədəfə alması faktına işıq saçdığını bildirib:
“Təkcə 2022-ci ildə Ermənistan Azərbaycana 106 nəfərin qarışıq qalıqları olan 67 torba təhvil verib. Ermənistanın bütün əxlaqi prinsiplərə zidd olaraq, beynəlxalq humanitar hüququ pozaraq, insanların öz yaxınlarının taleyi haqqında bilmək hüququna açıq şəkildə məhəl qoymadan bu qalıqları otuz il ərzində saxlaması dərin hiddətə səbəb olmaya bilməz”.
Eyni zamanda, diplomat Ermənistanın “hələ də Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kütləvi məzarlıqlar barədə məlumat verməkdən” yayındığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın işğalı zamanı Azərbaycan ərazisinə qoyduğu yüz minlərlə minanın tam və dəqiq xəritələrini təqdim etməkdən imtina etdiyi üçün Azərbaycanın axtarış əməliyyatlarına ciddi mina təhlükəsi də mane olur.
Bundan başqa, Yaşar Əliyev xatırladıb ki, Baş Assambleya və Təhlükəsizlik Şurası itkin düşmüş şəxslərlə bağlı bir sıra qətnamələr qəbul edərək, dövlətlərin beynəlxalq humanitar hüquq çərçivəsində zorakı itkin düşmələrin qarşısının alınması və itkin düşmüş şəxslərin taleyi haqqında hesabat vermək öhdəliklərini təsdiqləyib: “Bu öhdəliklər qurbanların və onların ailələrinin hüquqlarını qorumaq üçün təcili tədbirlərə çevrilməlidir”.
Yekunda Azərbaycan nümayəndəliyinin başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın sözügedən mövzuda öz öhdəliklərini yerinə yetirməsi üçün israr etməsi vacibdir.