SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov TBMM Sədrinin müavini ilə görüşüb

Elmar Məmmədyarov TBMM Sədrinin müavini ilə görüşüb
12-06-2019, 21:45

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisi (TBMM) Sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Elmar Məmmədyarov Sürəyya Sadi Bilgici ölkəmizdə salamlamaqdan məmnunluq hissi keçirdiyini diqqətə çatdıraraq, bu səfərin iki ölkə arasında olan qardaşlıq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəyini vurğuladı.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən TBMM Sədrinin müavini Sürəyya Sədi Bilgic ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd etdi və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirdi.

Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransından bəhs edərək, bu təşəbbüsün beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini bildirdilər.

Nazir Elmar Məmmədyarov iki qardaş ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament fəaliyyətini yüksək qiymətləndirdi və parlamentarilər arasında eyni zamanda müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi apardılar

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930