SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda Azərbaycan və Britaniya hərbi orkestrləri birgə çıxışlar edəcək

Bakıda Azərbaycan və Britaniya hərbi orkestrləri birgə çıxışlar edəcək
12-06-2019, 20:25

Bakıda Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları təşkil ediləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfər edib.

Səfər çərçivəsində iyunun 13-də saat 18:30-da Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil ediləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930