SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib

Nazir: Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib
12-06-2019, 14:40

Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Qəbələdə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

Z.Həsənov bildirib ki, tədbirin əsas mövzularından biri Azərbaycan və Türkiyə arasında baş tutan hərbi təlimlər olub. O, qeyd edib ki, hər iki ölkə bu təlimlərə Gürcüstanı da dəvət edir:

“Bildirmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır, misal üçün 2018-ci ildə 7 təlim icra olunmuşdursa, 2019-cu ildə 13 təlimin keçirilməsi nəzərdə tutulub. İlin sonuna kimi bu təlimlər icra olunacaq. Mən Türkiyə və Azərbaycan hərbi təlimləri haqqında danışıram. Görüşdə də qeyd olundu ki, biz Gürcüstan tərəfini də bu təlimlərdə müxtəlif formada iştiraka dəvət edirik”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930