SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstanın Bakı Parlament Platformasında təmsil olunmamasının səbəbi açıqlanıb

Gürcüstanın Bakı Parlament Platformasında təmsil olunmamasının səbəbi açıqlanıb
12-06-2019, 14:35

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, yeni təsis olunan Bakı Parlament Platformasının koordinatoru Azay Quliyev Gürcüstanın bu qurumda təmsil olunmamasının səbəbini açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, A.Quliyev deyib ki, təsisçilərlə bağlı Platformanın Təşkilat Komitəsinin bu barədə qərarı var: "İstəməzdim ki, bu barədə detalları açıqlayaq. Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının yaradılması zamanı bütün detalları, nüansları nəzərə aldıq. Bakı Parlament Platformasının Təşkilat Komitəsi olaraq qərara gəldik ki, hələlik təşkilatın qurucularının üç ölkə olması kifayətdir. Burada geosiyasi və regional məsələ nəzərə alındı. Amma heç şübhəsiz ki, Gürcüstan bizə tərəfdaş və dost ölkədir. Yenə də şübhə etmirəm ki, Gürcüstan yaxın aylarda bu Platformaya qoşulacaq. Gürcüstanın quruma qoşulması ilə bağlı heç bir problemimiz yoxdur. Çox böyük maraqla Gürcüstanın bu Platformaya qoşulmasını gözləyirik ".

Qeyd edək ki, bu gün Bakıda ATƏT-in Parlament Assambleyasının dəstəyi ilə Azərbaycan, Türkiyə və Almaniya parlamentarilərinin iştirakı ilə Bakı Parlament Platforması yaradılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930