SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident: "Gömrükdə şəffaflığın artırılması istiqamətində ciddi layihələr həyata keçilir"

Prezident:
12-06-2019, 13:10

Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin iştirakçılarına məktub ünvanlayıb.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, məktubda deyilir:

"Sizi ölkəmizin paytaxtı Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar üzrə 2019-cu il Konfrans və Sərgisinin açılışı münasibətilə salamlayır, Konfrans və Sərginin işinə uğurlar arzulayıram.

Belə mötəbər tədbirin Bakı şəhərində keçirilməsini çox yüksək qiymətləndiririk.

Öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaqda daim maraqlıdır və bu sahədə irimiqyaslı infrastruktur layihələri həyata keçirərək böyük sərmayələr qoyur.

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə daim böyük önəm verilmiş, informasiya cəmiyyətinin formalaşması və inkişafı məqsədilə müvafiq milli strategiyalar qəbul edilmişdir.

Cəmiyyətimiz üçün vacib olan elektron xidmətlərin təşkili, “elektron hökumət” üzrə genişmiqyaslı layihələrin həyata keçirilməsi, dövlət idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edir.

Bu qlobal çağırışlar şəraitində, Azərbaycanın gömrük xidmətində də ciddi işlər aparılır. Gömrük işi sahəsində rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, biznes proseslərinin, gömrük nəzarətinin təşkilində, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığının artırılması istiqamətində ciddi layihələr həyata keçilir və gömrük sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və istifadəsinə xüsusi önəm verilir.

Ümumdünya Gömrük Təşkilatının hər il keçirdiyi bu tədbirdə dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirilməsi beynəlxalq əməkdaşlığın zəruriliyini bir daha təsdiq edir.

Ümumdünya Gömrük Təşkilatının “SMART sərhədlər üçün yeni texnologiyalar, Ticarət, Səyahət və Daşımalar üçün yeni imkanlar” mövzusunda Konfrans və Sərgisinin ölkəmizdə keçirilməsini alqışlayır, konfransın yekunları üzrə səmərəli nəticələrin əldə ediləcəyini, aparılacaq müzakirələrin və keçiriləcək görüşlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və bu sahədə yeni təşəbbüslərin meydana çıxmasına mühüm töhfə verəcəyinə ümid edirəm" .

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930