12:37 - Aqrar Universitetdə Gənclər Günü qeyd olunub-FOTO
12:24 - Bolqarıstan Prezidenti parlamenti buraxıb
12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
Mixalko: “Aİ və Azərbaycan yeni saziş üzrə danışıqları davam etdirir”
“Avropa İttifaqı və Azərbaycan yeni saziş üzrə danışıqları davam etdirir”.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan və Avropa Şurası (AŞ) arasında 20 illik əməkdaşlığa həsr olunmuş Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), Avropa Şurasının Bakıdakı Ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da deyib.
"Aİ və Azərbaycan vətəndaş cəmiyyətinin inkişafı, investisiyalar, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacaq yeni saziş üzrə danışıqları davam etdirir", - o bildirib.
"Azərbaycan ilə demokratiya, azadlıq, bərabərlik kimi eyni dəyərləri bölüşürük. İnsan hüquqları çox vacib mövzudur, Aİ və AŞ bütün prioritet sahələrdə qarşılıqlı fəaliyyət göstərməklə bir-birini tamamlayır", - səfir söyləyib.
Diplomat Avropa İttifaqının AŞ ilə Azərbaycan arasında bu il qəbul edilmiş 2022-2025-ci illər üzrə Fəaliyyət Planının həyata keçirilməsinə töhfəsini verdiyini diqqətə çatdırıb.
"Ümid edirəm ki, qarşılıqlı fayda kəsb edən əməkdaşlığımız davam edəcək", - Aİ səfiri vurğulayıb.