SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycana 65 ədəd yeni təcili tibbi yardım avtomobili gətirilib

Azərbaycana 65 ədəd yeni təcili tibbi yardım avtomobili gətirilib
9-12-2022, 14:28

Azərbaycana 65 ədəd yeni təcili tibbi yardım avtomobili gətirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Prezident İlham Əliyev bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə differensiallı, 7-si xüsusi 2 differensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.

Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq.

Bildirilib ki, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssislərinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib.

Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb.

Həmçinin xüsusi 2 differensiallı (4x4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.

Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.

Qeyd edək ki, dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728