00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
XİN rəhbəri: “Rəsmi Bakı İrəvanla münasibətlərin normallaşmasına töhfə verən aktorlara minnətdardır”
“Azərbaycan rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara minnətdardır”.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Əlavə təşəbbüslər və təkliflər haqqında danışarkən, təbii ki, bu prosesə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara çox minnətdarıq. Biz əlbəttə ki, fundamental normaları və beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq bunu müzakirə etməyə hazırıq. Yəqin ki, bütün iştirakçılar, bu prosesdə birbaşa və ya dolayısı ilə iştirak edənlərin hamısı Azərbaycan tərəfinin mövqeyinin çox ardıcıl, sistemli olduğunu təsdiq edə bilər.
Mənə elə gəlir ki, birincisi, tarixi ədalətə, ikincisi, beynəlxalq hüquqa söykənən mövqe qurmaq və səsləndirmək asandır. Biz bundan sonra da bu yola sadiq qalacağıq”, - Azərbaycanın xarici işlər naziri bildirib.