00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycanın addımları barədə litvalı həmkarını məlumatlandırıb - FOTO, YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə litvalı həmkarını ətraflı məlumatlandırıb.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a XİN-dən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.
Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri və regionda cari vəziyyət müzakirə mövzusu olub. Azərbaycan və Litva arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, təhsil, humanitar və s. sahələrdə faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu qeyd edilib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, Azərbaycanın Aİ ilə əlaqələri, bu çərçivədə görülən işlər müzakirə edilib.
C.Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, post-münaqişə mərhələsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, nəqliyyat və kommunikasiyaların açılması, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə həmkarını ətraflı məlumatlandırıb.
Nazir Qabrielius Landsberqis Azərbaycan və Litva arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd edib, bu potensialdan istifadənin vacibliyini vurğulayıb. Bölgədə enerji təhlükəsizliyi üzrə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Nazir Qabrielius Landsberqis Litvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.