SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlham Əliyev: "Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər"

İlham Əliyev: "Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər"
24-11-2022, 15:22

"Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər".

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Prezident İlham Əliyev noyabrın 24-də Liviyanın Azərbaycandakı yeni səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər.

Prezident İlham Əliyev vurğulayıb ki, həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb. Bu dəstəyin, eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də olduğunu deyən dövlət başçısı buna görə Liviya tərəfinə təşəkkürünü bildirib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031