SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli Məclisin üzvləri ATƏT PA-nın Tbilisidəki regional konfransında iştirak edir

Milli Məclisin üzvləri ATƏT PA-nın Tbilisidəki regional konfransında iştirak edir
6-06-2019, 11:20

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT-in Parlament Assambleyasının (PA) “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransı başlayıb.

NAXCİVANXEBERLERİ.COM-un yerli bürosu xəbər verir ki, iki gün davam edəcək regional toplantıda Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Qırğızıstan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistandan olan parlamentarilər iştirak edirlər.

Azərbaycanı beynəlxalq tədbirdə ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar - Asim Mollazadə və Sevinc Fətəliyeva təmsil edirlər.

Konfransda qanunverici orqanın nəzarət funksiyasının gücləndirilməsi sahəsindəki qabaqcıl təcrübələr bölüşüləcək, effektiv nəzarətin əhəmiyyəti barədə müzakirələr aparılacaq.

Konfransı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutu birgə təşkil edib. Tədbirə həmçinin beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930