SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev: Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir

Prezident İlham Əliyev: Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir
31-05-2019, 14:45

Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir, həm siyasi sahədə, iqtisadi sahədə, digər sahələrdə əməkdaşlıq edirik.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Duda ilə Bakıda hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşündə deyib.

Polşalı həmkarını səmimiyyətlə salamlayan dövlət başçısı deyib: "Ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu keçəcək və səfər nəticəsində əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.

Mən sizin gözəl ölkənizə öz səfərimi məmnuniyyətlə xatırlayıram. Biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq və gələcək planlar haqqında danışdıq. Bu gün isə yüksək səviyyəli siyasi dialoq davam etdirilir. Bu gün keçirdiyimiz təkbətək görüşdə bir daha ikitərəfli əlaqələrimizin gündəliyinə nəzər saldıq və gələcək planlar haqqında danışdıq. Bizim əlaqələrimiz çoxşaxəlidir, həm siyasi sahədə, iqtisadi sahədə, digər sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək.

Bir daha Sizi səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930