SON DƏQİQƏ

23:37 - Müdafiə Nazirliyi açıqlama yayıb

23:15 - Hulusi Akar Yunanıstana xəbərdarlıq edib: "Ağlınızı başınıza yığın!"

23:02 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə sakinlərlə görüşüblər-FOTO

22:55 - Türkiyə Silahlı Qüvvələri Suriyada 5 terrorçunu zərərsizləşdirib

22:33 - Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub-FOTO, YENİLƏNİB

22:16 - İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

21:55 - İlham Əliyev “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub - FOTO, YENİLƏNİB

21:50 - “Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməli qoyulub - FOTO, YENİLƏNİB

21:31 - Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib - FOTO, YENİLƏNİB

21:12 - Dünya Bankının regional direktoru Azərbaycana gələcək

20:35 - Prezident Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub-FOTO, YENİLƏNİB

20:30 - Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanışlıq - FOTO, YENİLƏNİB

20:21 - Türkiyənin Suriya və İraqda keçirdiyi son əməliyyatlarda 491 terrorçu öldürülüb

20:00 - Gənclər üçün müxtəlif mövzulu təlimlər-FOTO

19:53 - “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edən qurğular istifadəyə verilib - FOTO, YENİLƏNİB

naxcivanxeberleri.com

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan iki il ötür

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan iki il ötür
5-10-2022, 00:05

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

NAXCİVANXEBERLERİ.COM xatırladır ki, 2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub.

Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.

İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutulmasınəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib.

Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031