SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməli qoyulub - FOTO, YENİLƏNİB

Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməli qoyulub - FOTO, YENİLƏNİB
4-10-2022, 21:12

Oktyabrın 4-də Ağdam rayonunun Sarıcalı kəndinin təməli qoyulub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Sarıcalı kəndi 1720 nəfər (425 ailə) əhali üçün planlaşdırılır. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılıb.

Qeyd olunub ki, birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev Sarıcalı kəndinin təməlini qoyub.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031