SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan Paşinyanla Praqada görüşə biləcəyini açıqlayıb

Ərdoğan Paşinyanla Praqada görüşə biləcəyini açıqlayıb
1-10-2022, 18:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada görüşə biləcəyini qeyd edib.

NAXCİVANXEBERLERİ.COM "Haber Global"a istinadən xəbər verir ki, o, bu barədə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra bölgədə yeni şərait yaranıb:

“Şuşa bəyannaməsinə uyğun olaraq can Azərbaycana olan dəstəyimiz çox əhəmiyyətli və əbədidir. Cənubi Qafqazda can Azəbaycanın qələbəsindən sonra bölgədə davamlı sülh üçün ümid işığı doğub”.

Ərdoğan bölgədə davamlı sülh üçün Ermənistanla əlaqələrimizdə yeni əməkdaşlığı ortaya qoyduqlarını vurğulayıb: "Ermənistan regiondakı barış üçün yaranmış şəraiti yaxşı dəyərləndirməlidir".

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031