SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı
1-10-2022, 12:25

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sentyabr ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il 16 sentyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları təsdiq edilib. Adıçəkilən Qərar ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması və təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin tənzimlənməsi, tullantıların atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə onların məsuliyyətinin artırılmasına nail olmağa imkan verəcək.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində “Oksigen İstehsal Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Qərar qəbul edilmişdir. Cəmiyyət Naxçıvan Muxtar Respublikasında tibbi məqsədlər üçün təmizlənmiş, konsentrə olunmuş oksigen və maye azot istehsalı, dövlət tibb müəssisələrinin və digər qurumların müvafiq xammal ilə təminatını həyata keçirir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-un verilən məlumata əsasən, Nazirlər Kabinetinin 2022-ci il 19 sentyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət növləri üzrə 2023-cü il üçün əmək miqrasiyası kvotası” təsdiq edilmişdir. Həmin Qərara uyğun olaraq kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq,mədənçıxarma sənayesi,elektrik enerjisi ilə təchizat, nəqliyyat, anbar təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,istirahət, əyləncə və incəsənət sahəsində, eləcə də digər fəaliyyət növləri üzrə işçi kvotası müəyyən edilmişdir.

Nazirlər Kabinetinin 2022-ci il 29 sentyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnaməyə görə büdcədənkənar vəsaitlər üzrə əməliyyatların həyata keçirilməsi üçün idarə və təşkilata onun müraciəti ilə xəzinədarlıq orqanlarında xəzinə hesabı açılır. Büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetalarının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilmir. Həmçinin inzibati cərimələr və maliyyə sanksiyaları üzrə daxilolmaların qanunvericiliklə müəyyən edilmiş hissəsi ayda bir dəfə həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsini təmin edən dövlət orqanlarının xüsusi xəzinə hesabına köçürülür.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031